“Yataqxana rahatdır, təqaüd də bəs edir” | Xarici tələbə

- Universitetə necə daxil oldun?
- Bütün aparıcı universitetlərin tələb etdiyi kimi, yüksək səviyyədə ingilis dili biliyinizi, orta məktəbdə yüksək qiymətlərlə oxuduğunuzu sübut edən bəzi sənədlər və əlbəttə ki, həqiqətən oxumaq istəyinizi göstərən motivasiya məktubu təqdim etməlisiniz. Bu tələblər yalnız birinci mərhələ üçündür.
Birinci mərhələdən keçdikdən sonra universitetin müəllimlərilə müsahibə gəlir. Müsahibədən keçdinizsə, ADNSU-ya xoş gəlmisiniz.
- Beynəlxalq tələbə kimi universitetə daxil olarkən hansısa çətinliklə qarşılaşdınmı?
- Universitetə daxil olarkən heç bir problem olmadı. Beynəlxalq dekanlıqla hər dəfə elektron poçtla əlaqə saxlayanda mənimlə çox mehriban davranırdılar. Problemim olanda hər dəfə kömək edirdilər.
- Sevdiyin fənn və müəllim varmı?
- Əslində bir neçə müəllimimin - “Kollektorun işlənməsi” və “Hasilat texnologiyası” fənnlərindən Ramil Məmmədovun, “Qazmanın İstiqamətli ”, “Laylarda mayenin paylanması” fənlərindən Yelena Şmonçevanın, “Fazaların hərəkəti”, “Təbii qazın texnologiyası” fənlərindən Vüqar Fətəliyevin adlarını çəkmək istəyirəm.
- Universitetdə asudə vaxtlarında nə ilə məşğul olursan? Hansısa tələbə klublarına üzvsənmi?
- Futbol oynamağı sevirəm. Birinci kursda oxuyanda universitetin futbol komandasının üzvü idim. Bir çox yarışlarda qalib gəlmişik. Komandamı ailəm hesab edirəm.
- Bir az da Bakı haqqında danış. Sənin üçün müsbət və mənfi cəhətləri hansılardır? Mənzil, yarımştat iş tapmaq asan oldumu?
- Gözəl şəhərdir. Yataqxana rahat olduğu, təqaüd hər şeyə çatdığı üçün heç vaxt mənzil və ya iş tapmağa çalışmamışam. Bakı qədim memarlıqla müasir binaların unikal qarışığıdır. İnsanlar o qədər mehribandırlar ki, Bakıya hələ mənfi münasibətim yoxdur.
- Azərbaycanda təhsil almaq istəyən əcnəbi tələbələrə nə demək istərdin?
- Azərbaycan təhsil baxımından ən yaxşı ölkələrdən biridir. Ölkənin təhsil sisteminə qoşulsanız, seçiminizə peşman olmayacaqsınız. Siz təkcə akademik təhsil deyil, həm də Azərbaycandakı insanlar, mədəniyyət, adət-ənənələr, dinlər haqqında daha çox məlumat alacaqsınız.
Rolan Yusufov
AzVision.az
“Müəllimlərimin öyrətməyə marağı var” | Xarici tələbə
“Bakı potensialımızı üzə çıxardı” | Xarici tələbə
“Buranı müəllimim məsləhət gördü” | Xarici tələbə
“Ölkəmdə ilk olacağam” | Xarici tələbə
“Yeni maraqlı hadisələr gözləyirəm” | Xarici tələbə
“Bura həqiqətən yaxşıdır” | Xarici tələbə
“Arzu edirəm, dostluğumuz əbədi olsun” | Xarici tələbə
“Azərbaycanda təhsil yaxşı fürsətdir” | Xarici tələbə
“Bakı yeni estetika yaradıb” | Xarici tələbə
Teqlər: